Mədəniyyət

Cəsar Məmmədovun rəsm əsəri Britaniya Kraliçasına hədiyyə edilib

13 May 2018 16:55

9-13 may tarixlərində Böyük Britaniyada möhtəşəm Kral Vindzor At Şousunun 75 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib. Olaylar.az bildirir ki,tədbir çərçivəsində azərbaycanlı rəssam Cəsar Məmmədovun müəllifi olduğu İkinci Elizabetin portreti Azərbaycan adından rəmzi xatirə hədiyyəsi olaraq Ülyahəzrətə təqdim edilib. Cəsar Məmmədov Azərbaycan rəssamlıq sənətində özünəməxsus bir məktəb yaratmış, Əməkdar rəssam, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun ailəsində dünyaya göz açıb. O,yüksək yaradıcılıq nailiyyətlərinə görə Avropa Akademiyasının “Şərəf “ ordeninə layiq görülüb.

İki Xanların arasında qalan Azər

13 May 2018 10:24

Hansı ilin hansı ayın hansı günü idi, xatırlamıram, ustad sənətkarımız Aşıq Əli Quliyev məni “Əhmədli” tərəfdə dərviş komasına oxşayan balaca bir kafeyə çağırdı, dedi, mütləq gəl, səni dəyərli bir adamla tanış edəcəyəm.   Getdim. Adam kim ola yaxşıdı? Aşıq Azər Xanlaroğlu!

"Etüddən gəlirəm" - Qusardan Bakıya

13 May 2018 10:07

Mayın 17 - də Xətai Sənət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində reallaşan “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı keçiriləcək.

Müğənni Tunar gəlinsiz toy etdi - FOTOLAR

13 May 2018 09:44

Müğənni Tunar Rəhmanoğlunun toy məclisi keçirilir. Ülviyyə adlı xanımla ailə qurmağa hazırlaşan müğənni ilk toyun məclisinə ancaq kişiləri dəvət edib.

Məşhur diktor efirdə ağladı - VİDEO

12 May 2018 18:41

Azərbaycan Milli Televiziyasının məşhur diktoru Tamilla Ələkbərova "Zaurla Günaydın" proqramına qonaq olub. 

"Eurovision-2018" mahnı müsabiqəsinin final mərhələsi bu axşam baş tutacaq

12 May 2018 12:12

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin finalı keçiriləcək. Axşam.az-ın məlumatına görə, 26 ölkənin təmsilçisi final uğrunda mübarizə aparacaqlar.

"Damla uşaqdır" - Rəqsanə

12 May 2018 12:10

Teatrda “Ana” pyesi əsasında hazırlanmış tamaşaya daxili baxış 

11 May 2018 19:45

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya daxili baxış keçirilib. Teatrın istedadlı aktrisası, Əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyi ilə əlaqədar aktrisanın benefis-tamaşası olan səhnə əsərində rolları Əməkdar artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva , Aydın Dəmirov ifa edir. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.

Akademik Milli Dram Teatrı “Cəhənnəm sakinləri” tamaşası ilə Sumqayıtda çıxış edəcək

11 May 2018 19:20

Akademik Milli Dram Teatrı mayın 12-də Sumqayıt Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası ilə çıxış edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, nümayiş “Sərhədsiz teatr” Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində baş tutacaq. Məniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.

“Bir gecənin nağılı” Kukla Teatrında

11 May 2018 19:05

Fərqli mövzuları fərqli quruluşlarda səhnəyə gətirməklə yeni meyilləri tamaşaçıya təqdim edən “M. Teatrı” (Mənim teatrım) daha bir yeni tamaşa ilə teatrsevərləri ətrafına toplayacaq. Bu dəfə “Bir gecənin nağılı” adlı səhnə nümunəsi tamaşaçılara bəşəri mövzunu adi məişət münasibəti fonunda açacaq. Səhnə əsərində kişi qadın məhəbbəti fonunda sosial məqamlar, xüsusən gənc qızların evdəki basqılara dözməyərək bilmədiyi bir dünyaya atılaraq qaçıb küçələrdə özlərinə məkan tutması problem olaraq önə çəkilib. Tamaşanın alt qatındakı mətləblər başqa olsa da görünən ilk mənzərə budur:

Məşhur rejissor Azərbaycana  gəlir

11 May 2018 18:36

Mayın 16-da Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, “CinemaPlus” kinoteatrları, “Cinema Distribution” yayım şirkətləri və Litvanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə məşhur rejissor Giedre Jiçkite Maite Alberdi ilə ölkəmizin kinematoqrafçılarının görüşü keçiriləcək.

“Tanış olun, dostum Bəkkar” adlı nağıl-tamaşa təqdim ediləcək

11 May 2018 18:18

Mayın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə hazırladıqları “Tanış olun, dostum Bəkkar” adlı nağıl-tamaşa təqdim ediləcək.