Murad Arif: İTV-də torbamı pambıqla tikdilər
13 May 2018 21:11 Mədəniyyətİsrailin mahnısı martın 12-si "Youtuba" yüklənildi.Klipə baxan kimi birinci olacağını yazmışam. Digər mahnıları dinləməmişdim. Sizcə, 1 adam hər il qalibi düzgün tapırsa, buna nə ad vermək olar?Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Murad Arif sosial media hesabında yazıb.O, ölkədə bir nömrəli "Eurovision" mütəxəssisi olduğunu deyib:"Çoxu gözəl bilir ki, Azərbaycanda 1 nömrəli "Eurovision" mütəxəssisi Murad Arifdir. Amma, mənim İTV-də "Eurovision" tok-şoularında iştirakımı əngəlliyirlər. Bu adamlarda bu qorxunun səbəbi nədir?Halbuki, bu müsabiqənin ilk şərhçisi, ilk verilişlərini hazırlayanı, işlətdiyiniz "Avroviziya" kəlməsinin müəllifi də mənəm.Zamanında o layihədən torbamı pambıqla tikdilər. Nə isə... Bu ölkədə mütəxəssislər, işi, janrı, təhlili bilən adamlar heç kəsə lazım deyil, sanki..."