Mədəniyyət

Aytən hədəfini dəyişdi: Mətanəti şoudan kənarlaşdırmadı

3 İyun 2018 00:32

“Xanımlar və cənablar - 2” devizi ilə yayımlanan “Maşın” realiti şousunun beşinci günündə səsvermədə ən çox qutuya şəkli atılan şəxs aparıcı Aytən Səfərova olub.

Teatr növbəti Beynəlxalq Festivalda iştirak edəcək

2 İyun 2018 22:22

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı teatr mövsümündə növbəti dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır. Olaylar.az bildririr ki, “Vidlunya” Beynəlxalq Monodram Festivalının təşkilat komitəsinin dəvəti ilə teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynov iyun ayının 5-dən 16-dək Ukrayna Respublikasının Xmelnitski və Çerniqov şəhərlərində keçiriləcək “Vidlunya” adlı XX Beynəlxalq Monodram teatr festivalında P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. Festival çərçivəsində aktyor və rejissor sənətinə dair treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri keçiriləcək.

Xalq artisti xəstəxanaya yerləşdirildi

2 İyun 2018 22:17

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun səhhətində yenidən problemlər yaranıb. Diktor dünən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına aparılıb. Xalq artisti bu barədə danışıb:

Hüseyn Cavidin “Ana” pyesi Gənc Tamaşaçılar Teatrının səhnəsində

2 İyun 2018 21:54

İyunun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində teatrın yaradıcı heyəti böyük şair və dramaturq Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim ediblər. Olaylar.az bildirir  ki, əhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Fərəc Qarayev  premyerada

2 İyun 2018 21:42

Azərbaycan Dövlət Musiqili Teatrında fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin məhşur - "Qodonun intizarında” pyesi əsasında hazırlanan absurd tamaşanın premyerası olub. Olaylar.az bildirir ki, bir çox beynəlxalq teatr arenalarını bəzəsə də, heç vaxt musiqili teatrlarda oynanılmayan absurd aləmin şah əsəri - “Qodonun intizarında” üçün dünyada ilk dəfə simfonik instrumental musiqini Azərbaycanlı bəstəkar, Xalq artisti, professor Fərəc Qarayev yazıb.

Respublika uşaq rəsm festivalı - "Azərbaycanım"

2 İyun 2018 19:58

İyunun 6 - da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Azərbaycanım” adlı Respublika uşaq rəsm festivalının açılış mərasimi  baş tutacaq.

“Şirinlər” tamaşasının premyerası

2 İyun 2018 19:50

İyun ayının 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planında təsdiq olunmuş P.Cullifordun “Şirinlər” pyesi əsasında eyniadlı yeni tamaşanın premyerası keçirildi. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkova, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov və rejissor assistenti Günay Qasımovadır.

Parisdə konsert verən azərbaycanlı musiqiçi UNİSEF-ə maddi yardım edib

2 İyun 2018 18:26

Fransanın paytaxtı Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.

Tanınmış müğənni ağır qəzaya düşdü - Foto

2 İyun 2018 10:55

Tanınmış ifaçı Türkan Vəlizadə avtomobil qəzasına düşüb. Qəza zamanı müğənni həmkarı Zeynəb Həsəni ilə birlikdə olub. Yağışlı havada yol sürüşkən olduğu üçün qəza şəraiti yaranıb.

Azərbaycanın Xalq Artisti EMİN Tbilisidə konsert proqramı ilə çıxış edib

2 İyun 2018 10:44

Azərbaycanın Xalq Artisti, sevilən bəstəkar-müğənni EMIN iyunun 1-də ilk dəfə Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış edib. Gürcüstan Dövlət Filarmoniyasında keçirilən konsertdə gənc müğənni tamaşaçıları gürcü dilində salamlayıb, Tbilisidə solo konsert proqramı ilə çıxış etməkdən məmnun qaldığını bildirib. EMIN Gürcüstanı, xüsusən paytaxt Tbilisini çox sevdiyini vurğulayıb.

İşarət dilinə tərcümə edilmiş film təqdim edildi

2 İyun 2018 10:23

Nizami Kino Mərkəzi Human Foundation qurumunun nəzdində fəaliyyət göstərən Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli uşaqlara işarət dilinə tərcümə edilmiş “Madaqasqar” animasiya filmini və Araxçın MMC/Deaf Community-nin təşkilatçılığı ilə eşitmə və danışma məhdudiyyətli gənclərə Cümhuriyyətin 100 illiyi ilə bağlı cəkilmiş videoçarxı təqdim edib.

Pərvin Abıyeva “Maşın” şouda libasları ilə GÖZ QAMAŞDIRDI – FOTO

2 İyun 2018 10:17

Keçən mövsüm “Maşın” realiti-şouda qalmaqalları ilə yadda qalan aktrisa Pərvin Abıyeva bu dəfə geyimləri ilə göz qamaşdırıb. Publika.az xəbər verir ki, kino ulduzu Azərbaycanın