Azərbaycanın Xalq Artisti EMİN Tbilisidə konsert proqramı ilə çıxış edib

Azərbaycanın Xalq Artisti, sevilən bəstəkar-müğənni EMIN iyunun 1-də ilk dəfə Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış edib. Gürcüstan Dövlət Filarmoniyasında keçirilən konsertdə gənc müğənni tamaşaçıları gürcü dilində salamlayıb, Tbilisidə solo konsert proqramı ilə çıxış etməkdən məmnun qaldığını bildirib. EMIN Gürcüstanı, xüsusən paytaxt Tbilisini çox sevdiyini vurğulayıb.

Azərbaycanın Xalq Artisti, sevilən bəstəkar-müğənni EMIN iyunun 1-də ilk dəfə Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış edib.

Gürcüstan Dövlət Filarmoniyasında keçirilən konsertdə gənc müğənni tamaşaçıları gürcü dilində salamlayıb, Tbilisidə solo konsert proqramı ilə çıxış etməkdən məmnun qaldığını bildirib. EMIN Gürcüstanı, xüsusən paytaxt Tbilisini çox sevdiyini vurğulayıb.

Gənc müğənni Rusiya və dünya bəstəkarlarının kompozisiyaları ilə yanaşı, öz bəstələrini və hit mahnıları da ifa edib. Onun çıxışı sürəkli alqışlarla qarşılanıb.

Konsertdə müğənnini öz orkestri müşayiət edib.

Gürcüstanın dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin və konsulluğun əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, azərbaycanlı gənclər konsertdə olublar. AzərTac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31