Mədəniyyət

"Biz heyvanlar üçün oxumuruq..." - Damladan Elzaya sərt cavab

11 İyun 2018 10:43

“Biz heyvanlar üçün oxumuruq, insanlar üçün oxuyuruq. Ali təhsilli insan daha peşəkar müsahibə verə bilərdi”. Bu sözləri “ATV maqazin onlarla”ya qonaq olan müğənni Damla əməkdar artist Elza Seyidcahanın ünvanına deyib. Sənətçi Seyidcahanın onun fotosunu cırmasına və qeyri-peşəkar adlandırmasına cavab verib:

Dram Teatrında Sofa Bəsirzadə anıldı

9 İyun 2018 22:08

Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılıb, onun rol aldığı səhnə və ekran əsərlərindən fotosərgi nümayiş olunub.

Sənin baxışın - Müsabiqə

9 İyun 2018 10:57

İyunun 11- də Xətai Sənət Mərkəzinin Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakultəsinin “The Same” komandası və həmin Universitetin Dizayn Departamenti  təşkilatçılığı ilə birgə elan etdiyi “Sənin Baxışın” adı altında rəsm müsabiqəsinin yekun tədbiri keçiriləcək.

Avtomobilini satmasının səbəbi bilindi - Ölkəni tərk edir

9 İyun 2018 10:32

"Maşın" realiti-şousunun iştirakçısı Pərvin Abıyeva avtomobilini satışa qoyub. Aktrisanın "Porsche Cayenne" markalı maşınının fotoları elan saytlarının birində paylaşılıb. Aktrisa xəbəri bu gün "Maşın" şounun pavilyonunda jurnalistlərlə baş tutan görüşdə təsdiqləyib. P.Abıyevanın sözlərinə görə, o, avtomobili yarışmaya gəlməzdən əvvəl satışa qoyub:

Uşaqlar hesabat verdilər

9 İyun 2018 10:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.

"Evdə yoxam" - İntiqam Yaşar 

9 İyun 2018 10:13

İyunun 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında gənc şair İntiqam Yaşarın “Evdə yoxam” şeirlər kitabının təqdimatı olacaq. Olaylar.az bildirir ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşacaq.Tədbir Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da keçiriləcək.

"Susduqca başımda otururlar" -  Video

9 İyun 2018 10:05

"Maşın"ın bugünki buraxılışı da qalmaqalsız ötüşməyib. Bu dəfə müğənni Rahidə Baxışova ilə aktrisa Pərvin Abıyeva söz savaşına çıxıblar.

Bu dəfə Roza üçün təcili yardım gəldi - Video

8 İyun 2018 21:16

Gərginliyin günbəgün artdığı “Maşın” şouda daha bir iştirakçının halı pisləşib. Bu dəfə inzibati heyət müğənni Roza Zərgərli üçün təcili yardım çağırıb. Həkimlərin müdaxiləsindən sonra sənətçinin səhhəti yaxşılaşıb.

Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi bizim layihənin əsas funksiyasıdır - Tale Heydərov

8 İyun 2018 21:11

Bu gün Bakıda ən böyük “LİBRAFF” mağazasının açılış mərasimi keçirilib. 2017-ci ildə yaradılmış “LİBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LİBRAFF”lar paytaxtımızın əsas görkəmli yerlərində, Heydər Əliyev Beynəlxalq Hava Limanında və tanınmış ticarət mərkəzlərində, həmçinin Gəncədə oxucuların xidmətinə verilib.

Arif Quliyev teatrdan gedib

8 İyun 2018 18:58

Xalq artisti Arif Quliyev çalışdığı teatrdan ayrılıb. Aktyor bu haqda “ATV maqazin onlarla” verilişində deyib. O bildirib ki, yaşla əlaqədar təqaüdə çıxıb: