Arif Quliyev teatrdan gedib

Xalq artisti Arif Quliyev çalışdığı teatrdan ayrılıb. Aktyor bu haqda “ATV maqazin onlarla” verilişində deyib. O bildirib ki, yaşla əlaqədar təqaüdə çıxıb:

Xalq artisti Arif Quliyev çalışdığı teatrdan ayrılıb.

Aktyor bu haqda "ATV maqazin onlarla" verilişində deyib. O bildirib ki, yaşla əlaqədar təqaüdə çıxıb:

"Artıq teatrda işləmirəm. Amma filmlərə, görüşlərə, konsertlərə gedirəm. Bu yaxınlarda isə türk rejissorun bir filmində rol alacam".
 

Qeyd edək ki, A.Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrında çalışıb. 1993-cü ildə Milli Dram Teatrına dəvət olunub. Son illər isə İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışırdı.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31