"Evdə yoxam" - İntiqam Yaşar 

İyunun 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında gənc şair İntiqam Yaşarın “Evdə yoxam” şeirlər kitabının təqdimatı olacaq. Olaylar.az bildirir ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşacaq.Tədbir Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da keçiriləcək.

İyunun 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında gənc şair İntiqam Yaşarın "Evdə yoxam" şeirlər kitabının təqdimatı olacaq.

Olaylar.az bildirir ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşacaq.Tədbir Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Açıq kitabxana"da keçiriləcək.

Qeyd edək ki, "Evdə yoxam" kitabı AYB-nin üzvü, Prezident təqaüdçüsü, gənc şair İntiqam Yaşarın sayca üçüncü kitabıdı. Gənc şairin şeirləri Türk, Qazax və Özbək ləhcələrinə uyğunlaşdırılmış, Rus və Ingilis dillərinə də tərcümə edilmişdi .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31