Mədəniyyət

Daşkənddə möhtəşəm konsert

12 Sentyabr 2018 15:14

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin “Turkiston” Respublika Sarayında möhtəşəm konsert proqramı təşkil olunub.

Cavid əfəndi yad ediləcək

12 Sentyabr 2018 14:58

Sumqayıt Dövlət Dram Teatrı özünün 51-ci yeni mövsümünü sentyabr ayının 25 də filosof, şair-dramaturq H.Cavidin 135 illiyinə həsr olunmuş “Zülmətdə nur” tamaşası ilə açacaq.

Respublika uşaq müsabiqəsi davam edir

12 Sentyabr 2018 14:55

Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Mənim yay tətilim-2018” adlı respublika uşaq müsabiqəsi davam edir.

Teatr yeni tamaşa hazırlayır

12 Sentyabr 2018 14:52

Teatr premyeraya hazırlaşır - “Mamoy kişinin yuxuları”

12 Sentyabr 2018 14:44

Sumqayıt Dövlət Dram teatrında yeni tamaşanın məşqləri yekunlaşmaq üzrədir. Olaylar.az bildirir ki, teatrın cari repertuarında təsdiq edilmiş yeni əsər xalq şairi Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” adlanır.

Azərbaycan Cümhuriyyətinə və mühacirət tarixinə aid nadir materiallar sərgiləndi

12 Sentyabr 2018 14:36

AMEA Mərkəzi Elmi Kitabxanasında tədqiqatçı jurnalist Dilqəm Əhməd Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “AXC-100. İstanbul-Bakı – toxunula bilən arxivlər” mövzusunda təqdimat keçirib. Təqdimat Türkiyə arxivlərində Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid araşdırmaların əsasında hazırlanıb.

“Xarı bülbül” yaradıcılıq festivalına start verilib

11 Sentyabr 2018 16:56

Gənclər üçün Təhsil Mərkəzi (GTM) ilk dəfə olaraq, “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının keçirilməsi üçün hazırlıq işlərinə başlayıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində keçiriləcək festivalların əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır. Hazırda Bakı və Mingəçevir şəhərlərində festivalların keçirilməsi üçün yaradıcılıq dərnəyi qurulur. Festivalın iştirakçısı olmaq istəyən gənclər bu dərnəklərdə bütün hazırlıq işlərini həyata keçirə bilərlər. Yaxın günlərdə dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdiriləcək, o cümlədən yaradıcılıq təlimlərinə başlanılacaq.

Teatr mövsümü “Əlibaba və qırx quldur”la açır

11 Sentyabr 2018 16:43

Sentyabrın 15- də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 87-ci mövsümün açılışı zamanı “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.

“Azərbaycan rüzgarı” türk xalqlarının səsi olacaq

11 Sentyabr 2018 16:29

Səidə Ömər: “Bu proqramla Türkiyə mediasında Azərbaycan nəfəsli yeni televiziyanın qurulmasına start veriləcək” Olaylar.az Türkiyənin Bengü TV kanalında yayımlanacaq “Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı Səidə Ömərlə olan müsahibəni təqdim edir.