Azərbaycan Cümhuriyyətinə və mühacirət tarixinə aid nadir materiallar sərgiləndi

AMEA Mərkəzi Elmi Kitabxanasında tədqiqatçı jurnalist Dilqəm Əhməd Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “AXC-100. İstanbul-Bakı – toxunula bilən arxivlər” mövzusunda təqdimat keçirib. Təqdimat Türkiyə arxivlərində Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid araşdırmaların əsasında hazırlanıb.

AMEA Mərkəzi Elmi Kitabxanasında  tədqiqatçı jurnalist Dilqəm Əhməd Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "AXC-100. İstanbul-Bakı - toxunula bilən arxivlər" mövzusunda təqdimat keçirib. Təqdimat Türkiyə arxivlərində Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid araşdırmaların əsasında hazırlanıb. Dilqəm Əhməd tədbirin əhəmiyyətinə toxunaraq bu mövzuda sərgilərin təşkilinin ənənəvi hal aldığını, müxtəlif yerlərdə keçirildiyini qeyd edib. Tədqiqatçı MEK-ə sərginin nümayiş etdirilməsində təşkilati dəstəyə görə təşəkkürünü bildirib. O, "AXC-100. İstanbul-Bakı - toxunula bilən arxivlər" sərgisinin məqsəd və məramı, nümayiş etdirilən əsərlər, onların mövzusu və mahiyyəti haqqında geniş məlumat verib.

"AXC-100. İstanbul-Bakı - toxunula bilən arxivlər" tədbirində Məhəmməd Əmin Rəsulzadənin Polşadan göndərdiyi 3 açıqca, 5 ədəd orjinal fotoşəkil, öz imzası ilə "Nizami" kitabı, cənazə mərasimi ilə bağlı dəfn albomu, Azərbaycan Xalq Cümhuriyyətinin ilk gerbi, Əhməd bəy Ağaoğlunun Maltada yazdığı gündəlik və fotoalbom, Azərbaycan mühacirət dönəminə aid kiçik bayraqlar, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə və Mustafa Vəkiloğluna aid məktub və foto şəkillər, Azərbaycan Cümhuriyyətinə və mühacirət tarixinə aid nadir materiallar sərgilənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31