“Best Model of Azerbaijan 2018” müsabiqəsinin seçim turu başa çatıb - Foto
11 Sentyabr 2018 16:26 Mədəniyyət"40 qız və 40 oğlan "Best model" uğrunda mübarizəyə qoşulub.
Olaylar.az xəbər verir ki, münsif kürsüsündə əməkdar artist Tünzalə Ağayeva, şairə Zəhra Bədəlbəyli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, modelyer Afaq İsmayılzadə, xareoqraf Syama Həsənova və başqaları yer alıb.
Növbəti tur zamanı 10 oğlan və 10 qız məğlub olaraq, 60 nəfər finala keçəcək.
Qeyd edək ki, tədbirin aparıcısı Samir Bayramlıdır.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31