Mədəniyyət
Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı Bakıda çıxış edəcək
Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı aprelin 25-də ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində özünün populyar "Günahın o biri tərəfi" adlı tamaşasını göstərəcəkdir.
"Başqa şeyə görə maşın alıb, sənətə bağlamasın"
İnanmıram ki, sənətə görə maşın versinlər
Damlanı yıxıb-sürüdü: "Yekəxana, işi düşəndə gəlir"
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) müğənni Damla ilə bağlı gözlənilməz sözlər deyib.
“İnsan alveri idarəsinə çağırılmalıdır…” – Tolikdən “Azərbaycan gözəli” haqda şok sözlər
Prodüser Tarix Əliyev (Tolik) “Azərbaycan gözəli-2019” yarışmasının qalibi Melissa Nuriyeva haqda yazıb.
Nazir vətəndaşları qəbul etdi
Aprelin 4-də mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul etdi. Qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətlərinə baxıldı. Olaylar.az bildirir ki, qəbula yazılmış sakinlər tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlər səsləndirildi. Həmçinin vətəndaşlar fəxri adların verilməsi, təhsil, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini də nazirə çatdırdılar.
Azərbaycan gözəli onu tənqid edənlərə cavab verdi - VİDEO
Müğənninin xınasından GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Son tunc-erkən dəmir dövrünə aid nmaddi mədəniyyət nümunələri aşkar olundu
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparır.
Xatirə İslamın sinə dekoltəsi tənqid olundu - Foto
Müğənni Xatirə İslamın İnstaqramda paylaşdığı fotoda sinə dekoltəsi izləyicilər tərəfindən tənqid olunub.
Mədəniyyətimizin yeni bələdçisi - “Gulture Guide” kataloqu
Ölkəmizə təşrif buyuran qonaqların mədəni istirahətini mənalı və yaddaqalan etmək, onlara Azərbaycanın tarixi və müasirliyi, zəngin mədəniyyəti, çoxçalarlı incəsənəti barədə dolğun məlumat vermək məqsədi daşıyan “Gulture Guide” (“Mədəniyyət bələdçisi”) kataloqunun ilk sayı çapdan çıxıb. Nəşr “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanıb. “Baku Guide”ın yeni nəşri də ingilis və rusdilli oxuculara mədəniyyətimizin bələdçiliyini edir. Aprel buraxılışında ölkəmizin mədəni həyatı, o cümlədən paytaxtın teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası, Bakının və bölgələrimizin tarixi-mədəni irs məkanları oxuculara təqdim olunur.
“Quş dili” YUĞ Dövlət Teatrında
Aprelin 7-də “YUĞ” Dövlət Teatrının yaradıcı heyəti teatrın repertuarında yeni tamaşalardan sayılan “Quş dili” tamaşasını təqdim edəcək. Olaylar.az bildirir ki, tamaşanın müəllifi - rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi -Təranə Vahiddir.
Akademik Dram Teatrının səhnəsində “Manqurt” nümayiş olunacaq
Aprelin 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının A.M.Şərifzadə adına səhnəsində “Manqurt” tamaşası təqdim olunacaq. Olaylar.az bildirir ki, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.














