Mədəniyyət
“Zülmdən doğan işıq” adlı ədəbi-bədii sənədli filmi təqdim edildi
Bakı Şəhər Mədəniyyət Baş İdarənin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində “Zülmdən doğan işıq” adlı ədəbi-bədii sənədli filminin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, təqdimat Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunub.
Şamaxıda V ÜMDF-na həsr olunmuş regional görüş keçiriləcək
Mayın 13-də Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə regional görüş keçiriləcək. Olaylar.az bildirir ki, görüşdə gənc mədəniyyət işçiləri bu günlərdə Bakıda keçirilmiş “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununda gənclərə ünvanlanan çağırış və mesajların mənimsənilməsi, habelə fikir mübadiləsi aparılacaqdır.
Dübəndi qayalıqları təmizləndi - Azərbaycan Fotoqraflar Birliyi tərəfindən
Dübəndi qayalıqlarında təmizlim aksiyası baş tutub. Sağlam bədəndə sağlam ruh, təmiz ekologiya, sağlam düşüncə ənənələrinə sadiq qalan Azərbaycan Fotoqraflar Birliyi “Təmiz Şəhər” layihəsinə öz töhvəsini verdi.
"İpin üzərindən hər an düşə bilərdim" - Xərçəngdən əziyyət çəkən Zülfiyyə
"Akrobatlar nazik bir ip üzərində mərkəz nöqtəsini taparaq, bədənlərini idarə edib, ortaya gözəl bir tamaşa qoyarlar. Düz bir il mən də o vəziyyətdə idim".
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konsert
Beynəlxalq Muğam Mərkəzində ümummilli lider ulu öndər Heydər Əliyevin anadan olmasının 96–cı ildönümünə həsr olunmuş “Onu zaman seçib” adlı konsert proqramı təqdim edilib.
Brilliant Dadaşova Mingəçevirdə konsert verəcək
Mayın 9-da Mingəçevir “ASAN Həyat” kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə konsert proqramı təşkil olunacaq. Olaylar.az bildirir ki, “ASAN xidmət”, Mingəçevir Şəhər İcra Hakimiyyəti və ASAN Radionun birgə təşkilatçılığı ilə gerçəkləşəcək konsert sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.
Tələbələr mədəniyyət könüllüləri sırasına qoşulurlar
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mütəmadi olaraq könüllükük fəaliyyətinin sahəsini genişləndirir. Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Humanitar Kollecində “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilmişdir. Tədbirin məqsədi humanitar və mədəniyyət sahələrində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.
Küsülü müğənnilər yan-yana
Müğənni Elnur Məmmədov İnstaqram səhifəsində Naxçıvan səfərindən foto paylaşıb. İfaçıların konsert üçün getdiyi gəzintidə bir çox küsülü müğənni yan-yana gəlməli olub. Elə Elnurun yayımladığı şəkildə də maraqlı məqamlar diqqət çəkib.
Soltan Hacıbəyovun 100 illiyi qeyd olunub
Milli İncəsənət Muzeyində görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun 100 illiyi ilə bağlı konsert təşkil olunub. Konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb. Olaylar.az bildirir ki, konsertdən əvvəl çıxış edən Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova bildirib ki, mayın 8-də Soltan Hacıbəyovun 100 yaşı tamam olur.
Nazir mədəniyyət müəssisələrinə baş çəkdi - Lənkəranda
Mədəniyyət naziri Əbülfəs Qarayev mayın 7-də Lənkəran şəhərində vətəndaşlarla görüşüb. Görüşdən sonra Əbülfəs Qarayev və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bir sıra mədəniyyət müəssisələrinə baş çəkiblər.
"Məhkəməyə vermək onun yanında yalan olacaq!" - Mətanət qadağa xəbərindən DANIŞDI
"Məhkəməyə vermək onun yanında yalan olacaq!" - Mətanət qadağa xəbərindən DANIŞDI
Azərbaycan nümayəndə heyəti İsrailə gedib
Azərbaycan nümayəndə heyəti İsrailə gedib
Mətanət Əsədovanı ŞOKA SALACAQ QƏRAR - Ölkədən çıxışına qadağa qoyuldu
Mətanət Əsədovanı ŞOKA SALACAQ QƏRAR - Ölkədən çıxışına qadağa qoyuldu
Meyxanaçı Ağakərimin oğlunun toyundan görüntülər yayıldı - VİDEO
Meyxanaçı Ağakərimin oğlunun toyundan görüntülər yayıldı - VİDEO
Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəranda vətəndaşlarla görüşüb
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin mayın 7-də Lənkəran şəhərində vətəndaşlarla görüşüb. Olaylar.az bildirir ki, ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.


.jpg)











