Tələbələr mədəniyyət könüllüləri sırasına qoşulurlar

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mütəmadi olaraq könüllükük fəaliyyətinin sahəsini genişləndirir. Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Humanitar Kollecində “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilmişdir. Tədbirin məqsədi humanitar və mədəniyyət sahələrində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mütəmadi olaraq könüllükük fəaliyyətinin sahəsini genişləndirir. Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Humanitar Kollecində "Mədəniyyət sahəsində könüllülük fəaliyyəti" mövzusunda seminar keçirilmişdir. Tədbirin məqsədi humanitar və mədəniyyət sahələrində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Tədbiri giriş sözü ilə açaraq, Humanitar Kollecinin təlim tərbiyə işləri üzrə direktor müavini Afaq Əliyeva qeyd etdi ki, tələbələr tərəfindən könüllülük fəaliyyəti böyük maraqla qarşılanır. Onlar kollecdə keçirilən milli və beynəlxalq bayramlar, sərgilər, təqdimatlar, eləcə də digər maarifləndirici tədbirlərdə fəal iştirak edirlər.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev öz çıxışında tələbələrin, digər fəal gənclərin də gələcəkdə könüllülük fəaliyyətinə qoşulmağa dəvət etdi, Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əmin olduğunu bildirdi.

"Könüllülük fəaliyyəti və gənclər" adlı təqdimatla çıxış edən Mərkəzin sektor müdiri Ceyhun Əhmədov könüllülük fəaliyyəti, onun mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib.

Mərkəzin İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə "Mədəniyyətdə könüllülük" adlı çıxışında humanitar və mədəniyyət sahələrində çalışan gəncləri könülllük fəaliyyətinə qoşulmağa dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31