Mədəniyyət
Nazir və səfirin xanımı ilə fotosunu paylaşdı
Mədəniyyət naziri Əbülfəs Qarayevin xanımı ilə fotosu yayılıb. Şəkli Xalq artisti Elçin Əzizovun həyat yoldaşı Həmidə Məlikova sosial şəbəkədə paylaşıb.
“Niyam oksigen israfıdır” - “Çör-çöp” qalmaqalına cavab
“Qartal yuvası” filminin təqdimatı keçirildi
Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçirildi. Olaylar.az bildirir ki, “Milli Qəhrəmanlar” silsiləsindən “Salnaməfilm” studiyasında çəkilən filmin rejissoru Çingiz Həsənovdur.
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
Mayın 21-də Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” hotelində paytaxtımızda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi. Olaylar.az bildirir ki, auksion ölkəmizdə mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədilə təşkil olunub.
Qafqaz Albaniyasına aid xristian abidəsində tədqiqat işləri aparılıb
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri, Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovtərəfindən Balakən rayonunun Tülü kəndi ərazisindəki Qafqaz Albaniyasına aid xristian abidəsində tədqiqat işləri aparılıb.
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə
Mayın 22-də Azərbaycan Xalça Muzeyində Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Söz” ədəbi layihəsi Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Əlil Təşkilatları İttifaqı və “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyinin iştirakı ilə “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək.
UNESKO-dan ermənilərə ZƏRBƏ: “Sarı gəlin” Azərbaycanındır
Hacı ilə evli olan Şəbnəm Tovuzludan qadağa: “İçkili bəylər...”
Hacı ilə evli olan Şəbnəm Tovuzludan qadağa: “İçkili bəylər...”
“Qızıl pillə” adlı Milli Kinofestival təsis edildi
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni Milli Kinofestival təsis edib. “Qızıl pillə” adlanan Milli Kinofestivalı keçirməkdə məqsəd ölkəmizdə milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.
“Azərbaycanım” rəsm müsabiqəsinin yekun sərgisi açılıb
Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Azərbaycanım” adlı ikinci respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb. Olaylar.az bildirir ki, sərgidə müsabiqədə iştirak edən 12 yaşa qədər uşaqların 160 əsəri nümayiş edilir.
Xalq artisti Oqtay Kazıminin mahnıları səslənəcək
İyunun 25-də Heydər Əliyev Sarayında unudulmaz bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert proqramı təqdim olunacaq.
“Komandir” romanının növbəti təqdimatı olacaq
Mayın 25-i saat 15-17 arası Kitabevim.az kitab mağazasında (“28 May” metrostansiyası yaxınlığı) Şərif Ağayarın “Komandir” romanının növbəti təqdimatı və imza mərasimi keçiriləcək.
“Ah, bu uzun sevda yolu” nümayiş ediləcək
Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilən “Ah, bu uzun sevda yolu” tamaşası növbəti dəfə nümayiş olunacaq. Olaylar.az bildirir ki, mayın 31-də təqdim ediləcək səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.
İçərişəhərdə Stokholma aid sərgi
İyunun 7-də “Art Tover” rəsm qalereyasında gənc rəssam Aytən Abdullayevanın “Stokholm- sütunlar üzərində ada” adlı rəsm sərgisi açılacaq.














