Mədəniyyət

"Balaca şahzadə" dörd dəfə nümayiş olunacaq - Azərbaycan Dövlət Akademik Musiqili Teatrda

23 May 2019 16:37

Bu həftə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı çoxsaylı tamaşaçı istəyini nəzərə alaraq məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı dörd dəfə təqdim edəcək. Olaylar.az bildirir ki, səhnə əsəri 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə mayın 31-də saat 13:00 və saat19:00-da, iyun ayının 1-də saat 12:00 və 19:00-da nümayiş ediləcək.

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi

23 May 2019 14:51

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi

“Evlənəcəyim adamın arvadı öldüyü üçün qısa geyinəcəm” - Meyxanaçı Samirə ərə gedir/Video

23 May 2019 12:47

“Evlənəcəyim adamın arvadı öldüyü üçün qısa geyinəcəm” - Meyxanaçı Samirə ərə gedir/Video

“Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində

23 May 2019 11:47

Türkiyə Dəyanət Vəqfi (TDV) tərəfindən 38-cisi keçirilən Türkiyə Kitab və Mədəniyyət Sərgisinin açılışı baş tutub. Olaylar.az bildirir ki, Türkiyənin tanınmış 105 nəşriyyat evinin qatıldığı sərgi mayın 31-dək öz işini davam etdirəcək.

“O olmasın, bu olsun” 60-cı dəfə nümayiş olunacaq

23 May 2019 10:54

Mayın 23-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası 60-ci dəfə nümayiş olunacaq. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin “ZİRVƏ” Mükafatına layiq görülmüş möhtəşəm tamaşa Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. İllərdir səhnədən düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır.

Ən çox kitab oxuyan sakinlər mükafatlandırıldı - Qusarda

23 May 2019 10:35

Qusarda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təşkil olunan “Oxu bayramı”nda rayondakı kitabxanaların daha çox kitab oxuyan üzvləri mükafatlandırılıb. Olaylar.az bildirir ki, müsabiqə çərçivəsində 9 fəal oxucu pul mükafatı qazanıb. Birinci yerə layiq görülən 3 nəfərin hər biri 300 manat, ikinci və üçüncü yerin sahibləri isə müvafiq olaraq 200 və 100 manatla mükafatlandırılıb. Bundan əlavə, 10 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub.

Tarixi körpü bərpa olunur

23 May 2019 10:32

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qazax rayonunda – Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq körpü”də (Qırmızı körpü) aparılan təmir-bərpa işləri ilə tanış olub. Abidənin bərpa və konservasiya layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb.

Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada alqışlar qazandı

23 May 2019 10:27

Tallin şəhərində Estoniya Teatr və Musiqi Akademiyasında azərbaycanlı musiqiçilərin konserti keçirilib. Olaylar.az bildirir ki, “Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin “Estoniyada konsertlərin təşkili və Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində keçirilən bu tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının orkestr artisti, respublika və beynəlxalq müsabiqələr lauteatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılan Atabəy İsmayılovun tarda ifa etdiyi "Qərənfil" romansı (Vasif Adıgözəlov), "Cahargah” skertsosu (İlahə İsrafilova) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Mateo Falkone” filmi yenilənmiş versiyada təqdim edildi

23 May 2019 10:15

Nizami Kino Mərkəzində “Mateo Falkone” qısametrajlı filminin yenilənmiş versiyada təqdimatı keçirilib. Olaylar.az bildirir ki, “Balans” milli rəqəmsal studiyasında bərpa edilən film görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ərəfəsində gerçəkləşib. Film Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına fond və “Balans” studiyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Film Prosper Merimenin novellası əsasında çəkilmiş milli kinomuzun qızıl fonduna daxildir.

Anar Mədətovun qızı da atasının soyadından İMTİNA ETDİ - FOTO

23 May 2019 10:09

Məşhur prodüser Anar Mədətovun qızı Ayşə də atasının soyadından imtina edib. Bu barədə “Qarabağ”ın futbolçusu Mahir Əmrili instaqramda məlumat verib. Bacısını doğum günü münasibəti ilə təbrik edən futbolçu onu Əmrəli kimi qeyd edib. Ayşə Mədətov soyadından imtina edərək, sosial media hesabında adını “Əmrəli” ilə dəyişib.

Qızı Müslüm Maqomayev haqqında bütün sirləri AÇDI - VİDEO

22 May 2019 17:59

Qızı Müslüm Maqomayev haqqında bütün sirləri AÇDI - VİDEO

Röya da Nuranın trendinə qoşuldu — FOTO

22 May 2019 16:49

Röya da Nuranın trendinə qoşuldu — FOTO

Akademik Musiqili Teatr Afaq Bəşirqızı ilə Qəbələdə

22 May 2019 16:35

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə geniş heyətlə Qəbələdə qastrol səfərində olacaq. Olaylar.az bildirir ki, tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq Teatr bayram günlərində iyunun 5-də saat 19:00-da Qəbələ Konqress Mərkəzində milyonların sevimlisi, "Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” iki hissəli komediyasını nümayiş etdirəcək.