Rəqsanə oğurluqda ittiham olundu - VIDEO
Bəhruz Gəmi ləqəbi ilə tanınan meyxanaçı Rəqsanəni mahnı oğurluğunda ittiham edir
3 Avqust 2012 18:38 MədəniyyətBu barədə açıqlama verən meyxanaçı bildirib ki, Rəqsanənin ifa etdiyi "Yuxumda" adlı mahnı ona məxsusdur və müğənni mahnını ifa etsə də sahibindən heç bir icazə almayıb: "Rəqsənə xanım "Yuxumda"adlı mahnımı yeni aranjimanda oxuyub. Nə bir zəng vurub, nə də icazə alıb. Özbaşına mahnımı ifa edib".Meyxanaçı bildirib ki, əgər müğənni ondan icazə alsaydı, o etiraz etməzdi: "Amma Rəqsanənin icazəsiz yeni arajımanda mahnımı oxuması mənə pis təsir etdi. Çünki mahnının söz-musiqisi mənimdir və bu mənə qarşı hörmətsizlikdir".Meyxanaçı Rəqsanəni mahnı oğurluğuna görə məhkəməyə verəcəyi məsələsinə də aydınlıq gətirib: "Mən hələ onun özünü axtarıram, özü ilə danışım. Ola bilsin ki, sonra məhkəməyə verdim. Xanm olduğu üçün hörmətsizlik etmək istəmirəm"."Qafqazinfo" hər ikisinin ifasında qalmaqallı mahnını təqdim ediB