"7 +15" Xatirə İslam bal ayının vaxtını niyə uzatdı

Müğənni həyat yoldaşı ilə birlikdə daha 15 gün Türkiyədə qalacaq.

"Qafqazinfo"ya məlumat verən ifaçının prodüseri Azər Kərimov bildirib ki, Xatirə hazırda xaricdədir: "Xatirə xanım hələ bal ayından dönməyib. Həyat yoldaşı ilə birlikdə xaricdədirlər. Əslində bir-iki günə qayıtmalı idilər, sonra istirahətlərini 15 gün də uzadıblar. Həmin müddət bitəndən sonra vətənə qayıdacaqlar".Xatirə İslamın prodüser qeyd edib ki, müğənni Bakıya dönəndən sonra yeni albomunun hazırlanması ilə məşğul olacaq: "Artıq bir neçə mahnı hazırdır və onları Xatirə İslam qayıdan kimi dinləyicələrə təqdim edəcək. Həmçinin yeni albom hazırlıqları davam edir. Albom haqqında çox məlumat vermək istəmirik, qoy surpriz olsun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31