Tünzalə Ağayeva Ramazan bayramında solo konsert verəcək

Yayın isti günlərində ailəsi ilə birgə Bodrumda istirahət edən  əməkdar artist, özünəməхsus ifa tərzi ilə seçilən müğənni  Tünzalə Ağayeva vətənə dönər-dönməz yaradıcılıq işlərinə başlayıb. Müğənninin prodüsseri Yalçın Cabbarovun "Olaylar"a verdiyi açıqlamaya görə Tünzalə Ağayeva hit olacaq yeni mahnılar yazdırıb. Həmçinin o, yeni proyektlər üzərində çalışır. Qeyd edək ki,  yeni ifaları tamaşaçılar avqustun sonlarında dinləmək imkanı əldə edəcəklər.Y.Cabbarov  onu da bildirib ki,  Ramazan bayramı  əlaqədar olaraq, Tünzalə Ağayeva avqustun 19-da solo-konsert proqramı ilə çıxış edəcək. Konsertin hansı məkanda keçiriləcəyi hələ ki, məlum deyil. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31