Azərbaycan şou-biznesinin tanınmış simaları belə biabır oldular - SORĞU

Müğənni Vüqar Muradov: "Kinoloq yəni kinonun peşəkarı deməkdir. Məsələn, Həmidə Ömərova".

Publika.Az şou-biznesin bəzi nümayəndələrinə "Azərbaycan kinosuna baxmısınız? Bəs kinoloqlardan kimləri tanıyırsınız" sualları ilə müraciət edib. Əvvəlcədən qeyd edək ki, ortaya kifayət qədər maraqlı məqamlar çıxıb.

Onu da qeyd edək ki, Kinologiya itlər haqqında elm, kinoloq isə bu sahədə çalışan şəxsdir.

Müğənni Xuraman Şuşalı:

"Kinoloq itlərə baxan elm deyil? Heç kimi tanımıram".

Prodüser Mədinə Məlik:

"Kinoloq başqa bir sahədir. İtlər haqqında elmdir".

Müğənni Samira:

"Tanımıram. Yəqin ki... (fikirləşir )"

Müğənni Vüqar Muradov:

"Kinoloq yəni kinonun peşəkarı deməkdir. Məsələn, Həmidə Ömərova"

Müğənni və gitara ifaçısı Çingiz Mustafayev:

"Bəxt üzüyü" kinosundan Afaq Bəşirqızını tanıyıram".

Müğənni və tar ifaçısı Humay Qədimova:

"Rasim Balayev, Səyavuş Aslan, Həsən Turabov, Həsən Məmmədov, Amaliya Pənahova, Yaşar Nuri, Leyla Bədirbəyli, İlham Əsgərov, Afaq Bəşirqızı, Bəşir Səfəroğlu, Əliağa Ağayev və sair".

Aktyor Fərda Xudaverdiyev

"Kinoloq kinoya aid olan bir şey deyil axı?! Kinoloq itlərlə bağlı olan sahədir".

Müğənni Yaşar Yusub:

"Aktyor və aktrisaları nəzərdə tutursunuzsa, bir çox şəxsləri sadalaya bilərəm. Amma kinoloqlardan heç kimi tanımıram"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31