Aygün Kazımova çimərlik paltarında səhnəyə çıxacaq

Xalq artisti tamaşaçıları yenidən heyrətləndirmək qərarına gəlib.

Day.Az xəbər verir ki, o, avqustun 4-də Nabranda keçiriləcək konsertə çimərlik paltarı ilə çıxacaq.Müğənni saytın əməkdaşı ilə söhbətində deyib ki, o, solo konsertlərdə tamaşaçıları tək mahnıları ilə deyil, geyimi ilə də heyrətləndirməyə çalışır."Bu dəfə də konsertin keçirilmə yerini nəzərə alaraq səhnəyə çimərlik paltarında çıxacam. Bu paltarı mənim üçün Günel xanım tikib. Bir tərəfdən baxanda bu istidə səhnəyə şubada çıxası deyiləm ki", - o əlavə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31