Nahidə Orucova uzun fasilədən sonra fəxri ad aldı

“Fəxri ad aldığımı eşidəndə o qədər ağladım ki..

Avqustun 1-də Dövlət başsısının sərəncamına əsasən Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə aktrisa Nahidə Orucova əməkdar artist fəxri adına layiq görülüb. Bu münasibətlə aktrisa ilə əlaqə saxlayıb eksklüziv olaraq təəssüratlarını öyrəndik: "Axşam saat 7-8 radələri idi. Çalışdığım  Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev gördüm mənəzəng vurur. O da Bakıda deyil, başqa şəhərdədir. Düzü bir qədər təəccübləndim. Zəng vurub qışqıra-qışqıra mənə dedi ki, Nahidə, səni təbrik edirəm. mən də yenə də çaşıb qalmışam. Deyirəm nə münasibətlə? Deyir ki, bəs əməkdar artist adı almısan. Mən düzü inanmadım. O saat gözlərim doldu. Həyəcandan o qədər ağladım ki. Amma o göz yaşları sevincdən yaranan göz yaşları idi.  Mənim üçün çox xoş oldu. Daha sonra mənə Nazirlikdən zəng vurub təbrik elədilər. Aktyor dostlarım, müğənnilər zəng vurdular, sağ olsunlar. Hələ indiyə kimi şokdayam, yenə də inanmağım gəlmir. Sözsüz ki, bu xoş hisslərdir. Mən fəxri ad almaq arzusunda olanların hamısına bu sevinc hisslərini keçirməyi diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31