Bryus Uillisin qızı cəzalandı
1 Avqust 2012 20:07 MədəniyyətMəşhur aktyor, Hollivud ulduzu Bryus Uillisin qızının məhkəmə prosesi başa çatıb. Milli.Az TMZ-yə istinadən bildirir ki, Uillisin keçmiş arvadı, aktrisa Demi Murla nikahında anadan olmuş 20 yaşlı Skaut Uillis metroda pivə içərkən polislər onu tutmuşdu.Polislər ondan sənədləri istəyəndə Skkaut saxta şəxsiyyət vəsiqəsi göstərib. Buna görə saxlanmış Skaut həbsxanada bir gecə qalandan sonra buraxılmışdı.Manhetten Cinayət Məhkəməsi məşhur aktyorun qızını 2 sutka ictimai işlərdə çalışmağa məhkum edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31