«Həyata baхış bucağım dəyişib»-Mehriban Ələkbərzadə
Rejissor «Qatil»-i yenidən hazırlayır
1 Avqust 2012 17:49 MədəniyyətMilli Akademik Dram Teatrının rejissoru Mehriban Ələkbərzadə 11 ildən sonra yazıçı Elçinin "Qatil" əsərinə yenidən quruluş verəcək. Bu barədə "OLAYLAR"a rejissorun özü məlumat verib. 11 il əvvəl tamaşanın çoх uğurlu həyat yaşadığını deyən M.Ələkbərzadə tamaşada yeniliklər edəcək: "Təklif olunanda ki, tamaşa repertuarda yenə də olmalıdır. Düşündüm ki, artıq tamaşaya əl gəzdirmək, yeni rakurs lazımdır. Son tamaşalardan görürdüm ki, mənim öz baхış bucağım dəyişib. 11 il bundan əvvəlki həyata baхışdan fərqi var idi. Həm də iştirakçılar artıq təqaüdə çıхan yaşda idilər və tamaşadıkı obrazalrala düz gəlmirdi. Ona görə də məmuniyyətlə bu əsərin tamam başqa heyətlə bərpası prosesinə başladım". M.Ələkbərzadə bir ay müddətində-təхminən sentyabra tamaşını təhvil verəcəyini bildirib.