Şou ulduzlarının bahalı avtomobilləri - QİYMƏTLƏR
1 Avqust 2012 17:04 MədəniyyətProdüser Tolikin avtomobili "BMW X"dir. Prodüser bildirib ki, maşınını kreditə alıb. Bu isə ona 70 min dollara başa gəlib.Azərbaycanın şou-biznes ulduzları adətən bahalı maşınları ilə həmişə diqqət mərkəzində olublar. Müğənnilər bir-birinin acığına geyim alırlarmış kimi avtomobillərini tez-tez dəyişdirirlər.Qafqazinfo şou-biznes əhlinin avtomobillərinin markası ilə maraqlanıb. Məlum olub ki, ulduzlarımız ağlaya-ağlaya ən bahalı maşınların sahibidirlər. Bəziləri həmin avtomobilləri kreditə aldığını, bəziləri isə onlara hədiyyə verildiyini qeyd ediblər. Həmin sorğunu sizə təqdim edirik:Xalq artisti Faiq Ağayev çoxdandır "Cadillac Escalade" markalı avtomobilin sahibidir. Həmin avtomobilin qiyməti isə 140 min dollardır.Müğənni Sevda Yahyayeva 200 min dollarlıq "Mercedes Benz Viano Long" markalı maşını sürür. Maşının qiyməti əslində ucuz olsa da, müğənni avtomobilini xüsusi yığdığına görə, ona 200 min dollara başa gəlib. Yeri gəlmişkən, Sevdanın avtomobilindən Azərbaycanda yoxdur.Röya daha çox sürücü ilə görünsə də, həmin avtomobilin markası "Dodge Durango"dur, qiyməti isə 70 min dollara qədərdir.Həmişə bahalı avtomobillər sürən xalq artisti Aygün Kazımovanın sonuncu maşını "Offrouder"dir. Qiymeti 60 min dollardır.Ayaz Qasımov 2012 model "Range Rover Autobiography Black" markalı maşın sürür. Qiyməti isə 150 min dollardır. Səidə Sultanın maşını isə "Porsche Cayenne"dir. Qiyməti 115 min dollardır. Müğənni maşınını özü almadığını çox yaxın ailə dostunun hədiyyə etdiyini bildirib.Xalq artisti Nazpəri Dostəliyeva ən son model "Mersedes" markalı avtomobildən istifadə edir. Qiyməti 100 min dollardır.Natavan Həbibi "Lexus" markalı maşın sürür. O isə bu maşına 90 min dollar pul verib. Elçin Cəfərovun "Hammer"inin qiyməti isə 75 min dollardır. İfaçı bildirib ki, maşını əslində bahalıdır, sadəcə, o işlənmişini alıb deyə belə ucuz başa gəlib. Prodüser Tolikin ( Tarix Əliyev) avtomobili "BMW X"dir. Prodüser bildirib ki, maşınını kreditə alıb. Bu isə ona 70 min dollara başa gəlib. Teleaparıcı Zaur Baxşəliyev "Qrand Şroker"markalı maşın sürür, qiyməti isə 40 min dollardır. Ramal İsrafilovun "Hundai Genesis" markalı avtomobilinin qiyməti 40 min dollardır. Xuraman Şuşalı isə kasıbçılıqdır deyib özünə "Audi Q7" markalı maşın alıb. Qiyməti isə 40 min dollardır. Tanınmış rejissor Kənan MM "Hunday Sonata"markalı maşından istifadə edir. Qiyməti isə təxminən 20 min dollardır. Abbas Bağırov isə "Lexus" maşını sürür və qiyməti 130 min dollardır.