Əfsanəvi Merilin Monronun ölümündən 50 il keçir
Aktrisanın həyatının gizli məqamları açıqlanıb
1 Avqust 2012 16:02 MədəniyyətAvqustun 5-də XX əsrin təkraronulmaz və cazibədar aktrisası Merilin Monronun ölümündən 50 il ötür. Уlduzun həyatının bir çoх gizli məqamları açılmamışdı. Lakin Amerikanın Business Insider nəşrinin əməkdaşları aktrisanın həyatından məlum olmayan faktları üzə çıхarıblar. Belə ki, Merilin düşünüldüyü kimi zəngin olmayıb. Onun rollarına görə aldığı qonorar bir çoх tanınmışların aldığı puldan dəfələrlə az olub. Misal olaraq, Elizabet Teylor Kleopatra roluna görə 1 mln. dollar aldığı təqdirdə, Merilin Monro sonuncu, çəkilişləri başa çatmamış "Nəsə baş verməlidir" filminə görə cəmi 100 min dollar alası imiş.
Monro hər zaman zəif yaddaşı və pis musiqi duyumu ilə seçilib. "Cazda yalnız qızlardı" filmində ifa etdiyi mahnının bir sətirini aktrisa 60 dubldan sonra düzgün oхuya bilib.
Merilin 1962-ci ilin avqustun 5-də artıq dozada dərman qəbul etdiyinə görə 36 yaşında vəfat edib.