Şou-biznesinin iki tanınmış siması nişanlandı

Müğənni Nicat Cəfərzadə ilə bəstəkar Lalə Məmmədova toy tədarükündədirlər.

"Azəri Star" mahnı müsabiqəsindən tanınan müğənni Nicat Cəfərzadə ilə populyar hitlərin müəllifi, ML təxəllüslü bəstəkar Lalə Məmmədova bir neçə gün bundan əvvəl nişanlanıblar.
Səbəbkarlar özəl bayramlarının təfərrüatları barəsində danışmağı elə də vacib saymadılar. Sadəcə vurğuladılar ki, hər ikisi ürəkdolusu xoşbəxt anlar yaşamaqdadırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31