Zəlimxan Yaqubun yeni kitabı çıxıb

Səhhətində yaranmış problemə baхmayaraq yenə də yazıb-yaratmağa davam edən kövrək qəlbli sevimli  şairimiz Zəlimхan Yaqubun bu günlərdə yeni "Mövlana" adlı kitabı işıq üzü görüb.  "Vətən" nəşriyyatında nəfis tərtibatla çap olunan yeni kitaba xalq şairinin son illərdə yazdığı üç irihəcmli əsəri - "Mövlana", "Sürgünlə söhbət" və "İçimdə ağlayan Krım" poemaları daxil edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31