Türk musiqisinin əfsanəsi yataqda

Türkiyənin ən məşhur müğənnilərindən biri olmuş Müzeyyen Senar yatağa düşüb.
  Milli.Az "Milliyet"ə istinadən bildirir ki, "canlı əfsanə" sayılan sənətçi Bodrumda istirahətdə olarkən "urinar sistem infeksiyası" diaqnozu ilə xəstəxanaya aparılıb.
Həkimlərin dediklərinə görə, sənətçidə yüksək qan təzyiqi və ürək xəstəliyi olsa da, onun durumu kritik deyil.
Senar bir neçə gün davam edəcək müalicədən sonra evə buraxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31