Tanınmış azərbaycanlı müğənni təhqir olundu

Murad Sadıxın "Sevməsəm, ölərəm" adlı mahnısının bərbad remiksi sənətçini dilə gətirdi.

Milli.Az xəbər verir ki, populyar estrada müğənnisi Murad Sadıxın dörd il bundan öncə ifa etdiyi "Sevməsəm, ölərəm" mahnısının remiks versiyası internetdə yayılır. Sözləri Vüsal Nuru, musiqisi Arif Səlimova məxsus olan mahnının remiksi dj Qəmli tərəfindən ötən il hazırlansa da, bu günlərdə virtual aləmə ayaq açıb. Olduqca bərbad şəkildə təqdim olunan mahnının ifaçısı xəbəri bizdən eşitdikdə çox hiddətləndi və özünü təhqir olunmuş kimi hesab etdi:"Bu remiksin varlığından ötən gün xəbər tutmuşam və oxucularınız səmimiyyətimə inansınlar ki, şok keçirdim. Əsəblərimi cilovlaya bilmirdim. Bunu özümə təhqir kimi qiytmətləndirirəm. Mahnım biabırçı varianta salınıb. Bu da birbaşa mənə edilmiş  hörmətsizlikdir. Çünki, "Sevməsəm, ölərəm" hiti mənim sənətdəki vizit kartımdır, mənə görə çox doğmadır. Dj Qəmli kimdir, məlumatlı deyiləm, amma bu cür bərbad remiks nə mənə, nə də dinləyicilərimə lazım deyildi.Bəli, istənilən dj seçdiyi mahnını götürüb remiks edə bilər. Mən də etiraz etmərəm ki, hansısa mahnım yüksək səviyyədə, dəyişik notlarla yenidən tamaşaçılara təqdim olunsun.  Peşəkarlıqdan uzaq olan yaradıcı məhsullar yalnız biz sənətçilərin adlarına zərər gətirən  ləkədən başqa bir şey deyil. Görəsən, dj Qəmli yaratdığı remiksə özü qulaq asıb? Xahiş edirəm ki, mahnını necə internetdə yayıbsa, elə də linkləri aradan qaldırsın".Söhbət əsnasında Murad onu da vurğuladı ki, bir neçə tanınmış dj-lə dost münasibətlərindədir və çox güman ki, yaşadığı bu arzuolunmaz hadisədən sonra o, özü "Sevməsəm, ölərəm"i mükəmməl səviyyədə remiks etdirmək ideyasını həyata keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31