Şahtaxtı qədim yaşayış yerində problem

Naxçıvanın Şahtaxtı qədim yaşayış yerində aparılan qazıntı işlərində qarşıya maneələr çıxıb. Bu barədə "OLAYLAR"a arxeoloji ekspedisiyanın elmi rəhbəri Qəhrəman Ağayev məlumat verib. Q.Ağayevin sözlərinə görə, qazıntı aparılan qalada eniolit dövrünə daxil olmaq mümkün olmur. Buna səbəb isə qədim qalanın içinə suyun dolmasıdır. Bu səbəbdən də yerin stratioqrafiyasını dəqiqləşdirmək mümkün olmur. Q.Ağayevin sözlərinə görə, problemin qarşısını almaq üçün qədim yaşayış yerinin şimal və şimal şərq hissəsində qurunt sularının qalaya axmasının qarşısısnı alan drenajlar qoyulmalıdır. Bunun üçün isə əlavə vəsait tələb olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31