“Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyası çapdan çıxıb

AMEA Naxçıvan Bölməsinin sədri, əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin "Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri" monoqrafiyası çapdan çıxıb. Monoqrafiyada ermənilərin Azərbaycan xalqına qarşı mərhələlərlə törətdikləri soyqırım və deportasiya siyasətini ifşa edən sənədlər, Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları, bu torpaqlar uğrunda gedən mübarizə və onların nəticələri, düşmən dövlətlərin məkrli siyasəti və bu siyasətin həyata keçirilməsində ermənilərin oynadıqları mənfi rol aydın şəkildə göstərilib. Müəllif arxiv sənədləri, dövrü mətbuat materialları, habelə bir çox tədqiqatçıların əsərlərinə müraciət edərək Azərbaycan xalqına qarşı soyqırım siyasəti yeridən, etnik təmizləmə aparan ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassızlığını, ümumiyyətlə erməni millətçiləri və havadarlarının xalqımıza qarşı törətdikləri çirkin əməllərinin xronoloji təhlilini verib, eyni zamanda Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin siyasi səylərini ümumiləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31