Zarinadan
31 İyul 2012 14:03 MədəniyyətAzərbaycanın gənc və iddialı müğənnisi Zarina Məmmədovanın yaradıcılığında yenilik var. Müğənninin mətbuat katibi Türkan Məmmədlinin "OLAYLAR" a verdiyi məlumata görə, ifaçı xanım hazırda iki yeni mahnı üzərində çalışır. O, musiqisi Elçin İmanova, sözləri Rövşən Əzizə məxsus "Tapım səni" adlı mahnı yazdırıb. Lirik notlar üzərində bəstələnən ifanın sentyabr ayında tamaşaçılara təqdim olunacağı gözlənilir. Mahnının aranjemanı üzərində isə Givi çalışıb.
Bununla yanaşı müğənni musiqisi Emin Kərimiyə, sözləri Leyliyə məxsus "Gedirəm" mahnısı da tamaşaçılarına təqdim etməyə hazırlaşır.
Ancaq Zarinanın yenilikləri tək bununla bitmir. Beləki, iddialı xanım Türkiyənin məşhur ifaçısı ilə duet yazdırıb. Həmin duetə isə 1 il öncə klip də çəkilib. Həmkarının adını hələ sirr saxlayan Zarina iddia edir ki, sözügedən ifaçı Türkiyədə çox məşhurdur. Bu klip də sentyabr aylarında tamaşaçılara təqdim olunacaq.
Zarina yeni mahnı və kliplə bərabər fərqli bir albom da hazırlayır. Müğənni dinləyicilərin ixtiyarına 3 diskdən ibarət albom buraxacaq. Albomun bir diskində estrada, birində muğam ifaları digərində isə müğənninin klipləri olacaq.
Diskə "Dəlilik", Sevmə ürək" "Kaş" kimi mahnılarla yanaşı bir çox yeni və heç yerdə səslənməyən ifalar da daxil ediləcək. Alboma Pərviz Mahmudov, Rəhim Rəhimli, Aynur Adilqı, Elçin İmanov və Emin Kərimi kimi bəstəkarların mahnıları daxil ediləcək. Hələ adı bəlli olmayan albom üçün rəngarəgn fotosessiya da hazırlanır. Zarina fotolarda bir bütün fəslləri xatırladacaq.