Məşhur türk model: "Fahişə deyiləm, məni sevən kişilər var " - FOTO

Türkiyənin Bodrum kurortunda iqtidardakı Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili Ehmet Kutalmış Türkeşlə birlikdə istirahət edərkən paparassilərə tuş gəlmiş tanınmış model Ebru Şançı əvvəlki həyatından danışıb.Milli.Az "Habertürk"ə istinadən bildirir ki, Şançı ötən il fahişəlik edən 30 qadınla tutularaq polis idarəsinə aparılmış, ifadə vermişdi.Şançı model olduğunu, vücudunu satmaqla məşğul olmadığını demiş və bütün ittihamları rədd etmişdi."Əvvəllər də təbii ki, model idi. 2001-ci ildə Londona köçdüm, 2006-cı ildə Nyu-Yorkda yaşamağa başladım, 2010-cu ildə isə Türkiyəyə qayıtdım. Tanıdığım modellər, ətrafımdakı qadınlar arasında fahişəliklə məşğul olanlar az deyildi. Fəqət, onların adlarını çəkə bilmərəm. Həmin adamlarla əlaqə saxlamıram. Mən fahişəlik etmərəm - dostlaşdığım kişilərlə sevgili olaram. Sevgililərim də ev kirayəmdən tutmuş, bütün ehtiyaclarımı ödəyirlər. Sevgilim olan kişi ilə istirahət edər, klub və otellərə, restoran və barlara gedərəm", - Şançı deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31