İlhamə Quliyeva da Azərbaycanı tərk etdi

Xalq artisti İlhamə Quliyeva Avropaya gedib

Müğənninin prodüseri Lamiyənin Lent.az-a verdiyi məlumata görə, xalq artisti istirahət etmək məqsədi ilə xaricə üz tutub.İlhamə Quliyeva yay tətilini İtaliyada davam etdirir. 15 günlük səfərdə İtaliyanın bir neçə şəhərində olacaq sənətçi Avropadan qayıtdıqdan sonra Azərbaycanda geniş konsert proqramı ilə çıxış edəcək. Ölkəyə döndükdən sonra konsertinə hazırlıqlara başlamağı planlaşdıran İlhamə Quliyeva daha bir neçə proyektə imza atacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31