Milli Kino Günü ilə bağlı keçiriləcək tədbirə Azərbaycan Kinematoqrafçılar Ittifaqının üzvləri dəvət olunаcаq?!
30 İyul 2012 17:26 MədəniyyətAvqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş bədii gecə keçiriləcək. Тянтяняли пroqramda təbrik və təltiflərlə yanaşı, dövlət sifarişi ilə "Azərbaycanfilm" Кinostudiyasında istehsal olunmuş "Dolu" bədii filminə ilkin baxış yer alıb. Yüksək səviyyədə qeyd ediləcək Milli Kino Gününə ölkənin бир tanınmış incəsənət xadimləri dəvət olunacaq. Amma tədbirin əsas dəvətliləri, mərasimdə kino sahəsində veriləcək mükafatların qalibləri də Ş.Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri olacaq. Etibarlı mənbələrdən aldığımız məlumata görə Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının qurumunun nümayəndələrinin tədbirə dəvət edilməyəcəyi gözlənilir.Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar Ittifaqının təşkilat katibi Əsəd Əsədov "Olaylar" a eksklüziv olaraq bunları söylədi: "Təbii ki, Milli Kino Günü ilə bağlı düzənlənən möhtəşəm tədbirdə bizim də qurumun üzvləri iştirak edəcək. Avqustun 2-də tədbirdən öncə saat 16-00-да Kino Evində bizim tədbirimiz olacaq. Həmin tədbirdə bir çox təltiflər öz sahiblərinə çatacaq".