Günel Ələkbərovanı kim öldürmək istəyib?
Müğənniyə cadu ediblər.
30 İyul 2012 16:07 MədəniyyətMilli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə müğənni Lider telekanalında yayımlanan "Sirli aləm" proqramında bildirib."Falçı yanına getmişdim. Falçı dedi ki, ona mənim şəklimi gətiriblər və deyiblər ki, elə etsin ki, beş gün ərzində mən ölüm. Birinci buna inanmadım, ancaq özümü pis hiss edirdim. İştahım qaçmışdı, heç kimlə danışmaq istəmirdim", - o əlavə edib.Müğənni deyib ki, üç dəfə nişanlanıb, ancaq toya bir neçə gün qalmış nəsə pis hadisə baş verib."Bütün bunlara baxmayaraq, hər şey taledə yazılan kimi olacaq. Ona görə də məni belə şeylər narahat etmir", - o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31