Əzizə Mustafazadə Avropa turuna çıxacaq
27 İyul 2012 18:04 MədəniyyətDünya şöhrətli caz ifaçısı Əzizə Mustafazadə Avropanın bir neçə ölkəsində konsert proqramı ilə çıxış edəcək.Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, musiqiçi "Opera Jazz Tour" adlı yeni konsert proqramının repertuarına Verdi, Puççini, Boyto, Gendel, Rimski-Korsakov, Ravel, Motsart və başqalarının əsərlərinin əsasında caz improvizələri daxil edib.İyul ayının 6-da Şimali Kiprdəki Salamis Teatrında konsert proqramı ilə çıxış etmiş Əzizə Mustafazadə sentyabrın 16-da Rumıniyada keçiriləcək "Plai Festival"da, sentyabrın 28-də və noyabrın 23-də Almaniyanın Kunsthalle Şveynfurt və Feklingen Konqress mərkəzlərində çıxış edəcək.
Qeyd edək ki, məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin qızı, 1990-cı ildən Almaniyada yaşayan Əzizə Mustafazadəni alman musiqi tənqidçiləri "Royal arxasında Şəhrizad" adlandırırlar.