Polşada azərbaycanlı rəssamın sərgisi açılıb
12 Mart 2014 15:50 MədəniyyətPolşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü, azərbaycanlı rəssam Həmid İbadullayevin Varşavadakı Mazovetski Mədəniyyət və İncəsənət Mərkəzində sərgisi açılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, Azərbaycanın Polşadakı səfirliyinin, həmçinin Mazovetski Mədəniyyət və İncəsənət Mərkəzinin təşəbbüsü ilə baş tutan sərginin açılış mərasimində səfir Həsən Həsənov, mərkəzin direktoru Aleksandra Kielan, "Azərbaycan Mədəniyyət Mərkəzinin" sədri Şəhla Kazımova, Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatlar və digər qonaqlar iştirak edib. Sərgidə səfir Həsən Həsənov çıxış edərək qonaqlara Azərbaycan rəssamlıq məktəbi, bu məktəbin tanınmış nümayəndələri haqqında geniş danışıb. Həsən Həsənov Polşanın bir çox bölgələrində Azərbaycan rəssamlarının əsərlərinə rast gəldiyini də əlavə edib. Sərgi aprelin 30-dək davam edəcək