Bir ay öncə ana olan müğənni Demet Akalın İnstaqram səhifəsində bu dəfə ucqar kəndlərin birində yerləşən məktəb şagirdləri üçün sosial kampaniyaya start verib. Məktəb və orada təhsil alan şagirdlərin acınacaqlı görüntüsünü paylaşan müğənninin bu addımından sonra məktəbə yardım məqsədi ilə xeyli vəsait yollanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31