“Muğam haqqında əlyazmalar toplusu” nəşr olunub
12 Mart 2014 11:41 MədəniyyətHeydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində "Muğam haqqında əlyazmalar toplusu" nəşr edilib. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə, topluya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxildir. 3 kitabdan ibarət topluya yeddi əsər daxil edilib. 1-ci kitab "Behcətür-ruh"dur. Müəllifin fars dilində yazdığı və musiqi elmi haqqında bir risalə kimi təqdim etdiyi kitabda musiqiyə dair dəyərli məlumatlar yer alıb. 2-ci kitab "Musiqi haqqında risalələr" adlanır. Bu kitaba 5 risalə daxildir. "Muğam üstündə oxunan şeirlər" adlanan 3-cü kitabda Pirinin, Hüdayinin, Yunus Əmrənin, Zakirinin, Dərviş Osmanın, Qasiminin, Əşrəf oğlu Ruminin, Əhmədin və digər məşhur Osmanlı türk şairlərinin şeirləri toplanılıb.