Ajda Pekkandan Bülənt Ərsoyun jestinə cavab
11 Mart 2014 19:07 MədəniyyətTürkiyəli müğənni Ajda Pekkan həmkarı Bülənt Ərsoyun ona etdiyi barışıq jestini cavabsız qoymayıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl A. Pekkan ona "ucube" (həddən artıq çirkin) dediyi üçün "diva"nı məhkəməyə vermişdi. B. Ərsoy isə açıqlama verərək həmkarının könlünü almışdı: "O sözü hirsləndiyim üçün demişdim. Ajda çox böyük sənətkardır. Hələ də həvəskar müğənnilər kimi Ərdəm Siyavuşgildən dərs alır. Başqası olsa, bunu özünə sığışdırmaz". Ajda Pekkan buna qarşılıq olaraq Bülənt Ərsoyla küsülü olmadıqlarını bildirib: "Özüylə şəxsən danışmamışam. Amma aramızda küsülülük ola bilməz. Belə şeylər bizə yaraşmaz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31