Anar Heybətov jurnalist olacaq

"Martın 1-də, saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yevgeni Şvartın "Kölgə" tamaşasının premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdu. Mistik komediya janrında olan tamaşada jurnalist obrazını canlandıracağam. Ümidvaram ki, tamaşaçıları razı sala bilərik". Bu sözləri "OLAYLAR"a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov deyib. Aktyor "Topal Teymur" tamaşasının məşqlərindən də söz açıb: "Hazırda Topal Teymur tamaşasının da məşqləri gedir. Rejissor Mehriban Ələkbərzadə ilə birgə bu tamaşa üzərində işləyirik. Tamaşada Orxan obrazını canlandıracağam. Sabahkı premyeradan sonra Topal Teymur tamaşasının məşqlərini bitirərək apreldə tamaşaçılara təhvil verəcəyik".

Aktyor müxtəlif seriallardan təklif gəldiyini deyir: "Hazırda efirdə müxtəlif seriallar yayımlanır. Gərək ki, bu seriallar bitsin, növbəti mövsüm üçün yeni seriallar çəkilsin. Əslində, bu il yayımlanan seriallara dəvət almışdım. Sadəcə danışıqlar alınmadı. Hazırda bir neçə təklif almışam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31