Nadir Qafarzadə “Bu Şəhərdə”də yemək bişirəcək

Artıq konsertlərinin başlamasına sayılı günlər qalan "Bu Şəhərdə"nin ssenaristi Müşfiq Abbasov konsertlə bağlı son məlumatları "OLAYLAR"a verib: "Bu Şəhərdənin bu dəfəki konsertində Toy istisna olmaqla hamısı yeni səhnəciklərdi. Coşqun və Rafael "Toy", "Elti", "Nişanlı", "İclas" tipli maraqlı səhnəciklərlə tamaşaçıları sevindirəcək. "Toy" səhnəciyində Natiq Ritm Qrupunun parodiyası olacaq. Xəzər TV-də yayımlanan "Ləziz Dad" verilişinin "Bu Şəhərdə"nin təqdimatında qonağı Nadir Qafarzadə olacaq. Nadir Qafarzadə xörək bişirəcək". Müşfiq Abbasov mövzuların böyük əksəriyyətinin ailə-məişət mövzularına həsr olunduğunu söyləyir: "Qalan səhnəciklər əsasən ailə-məişət mövzusundadı. Bu konsertin öncəkilərdən əsas fərqi 12 gün olmasıdı. Bu əlbətdə ki, Azərbaycan üçün bir ilkdi". Heydər Əliyev adına Respublika Sarayında 12 gün keçiriləcək konsertin artıq 10 gününün biletləri satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31