Parisdə Tahir Salahovun fərdi sərgisi açılıb

Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun "Əsrlərin qovuşuğunda" adlı fərdi sərgisi açılıb. "OLAYLAR"-ın Heydər Əliyev Fonduna istinadən verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa İncəsənət Akademiyası, Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyi və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində iştirak edib. Sərgidən əvvəl Mehriban Əliyeva tədbirin keçirildiyi Fransa İncəsənət Akademiyasının fəaliyyəti ilə tanış olub. Sonra sərginin açılış mərasimi keçirilib. Fransa İncəsənət Akademiyasının daimi katibi Arno Dotriv dünyada kifayət qədər tanınan Tahir Salahovun yaradıcılığına Fransada da böyük marağın olduğunu bildirib, ölkəsinin hər zaman Tahir Salahovun yaradıcılığı ilə təmasdan böyük şərəf duyduğunu qeyd edib. Sərgidən sonra UNESCO-nun mənzil qərargahında qurumun baş direktoru İrina Bokovanın bu vəzifəyə yenidən seçilməsi münasibətilə rəsmi qəbul təşkil olunub. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31