“Lineynin trilogiyası”na həsr olunmuş mətbuat konfransı keçiriləcək...

Martin 3-də saat 16:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mətbuat konfransı keçiriləcəkdir. Konfrans Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, British Council Azərbaycan nümayəndəliyi və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi olan "Teatr əməkdaşlığı" çərçivəsində hazırlanmış "Lineynin trilogiyası"na həsr olunacaq. Dramaturq Martin Mak onaxın qələminə aid "Lineyn trilogiyası"nın özündə birləşdirdiyi üç pyes "Lineynin Gözəllik Kraliçası", "Konnemarada bir Kəllə" və "Yalqız Qərb" adlanır. 1994- ci ildə, "Lineynin Gözəllik Kraliçası" və "Yalqız Qərb" Ən Yaxşı Pyes nominasiyasında "Tony Award" mükafatına layiq görülmüşdür. Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Box, quruluşçu rəssamı Elizabet Kuk, işıq üzrə rəssamı Maykl Manyonla birgə, üç yerli rejissorumuz Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyeva və on iki Azərbaycan aktyorları əməkdaşlıq yolu ilə Bakıda - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu üç qara komediyanın səhnələşdirilməsi prosesinə bədii rəhbərlik edir.

Trilogiyanın premyerası 11 mart 2014-cü il tarixində saat 12:00, 16:00 və 19:00-da Azərbaycan Gənc Tamaşaçılar Teatrında nümayiş etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31