Nisə Qasımova Brilliant Dadaşovaya qarşı deyil

Xalq artisti Nisə Qasımova Brilliant Dadaşovaya  qarşı qruplaşmada adının hallanmasından qəzəblənib. Belə ki, maqazin proqramlarının birinin anonsunda Nisə xanımın Faiq Ağayevlə birgə fotosu və Brilliant Dadaşovaya qarşı birləşmələri haqda məlumat yayımlanıb. Bu olaydan qəzəblənən Nisə xanım "OLAYLAR"az-a açıqlamasında bunları  bildirib. " Mən ümumiyyətlə  qruplaşmanın əleyhinə olmuşam. Kimsə cəsarət edib mənim yerimə danişmasın. Mən özüm  küsməyi bacardığım kimi barışmağı da bacarıram". Xalq artistinin açıqlamasından bəlli olur ki, hazırda soyuq münasibətlərdə olan hər iki sənətkar xanımlar arasında yaxın zamanlarda barışıq gözlənilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31