Daha bir azərbaycanlı sənətçi boşandı

Ciddi problemlərin olduğunu bildirən xanım ailə sirri olduğu üçün əsas səbəbi açıqlamayıb

Son zamanlar demək olar ki, yerli sənətçilər sırasında boşanma halı dəbə minib. ANS PRESS-in məlumatına görə, bu dəfə Aşıq Samirənin həyat yoldaşı olan Rizvan bəydən ayrıldığı barədə xəbərlər yayılıb. Məlumatın mediada yazılmağının üstündən çox keçmədən sənətçi özü bu xəbərin doğru olduğunu təsdiqləyib.
Aşıq Samirə bu barədə çox danışmaq istəməsə də, şayiələrin artmaması üçün məlumat verib. O bildirib ki, çətində olsa hər iki tərəf razılaşaraq bu qərara gəliblər. Aralarında yaranan ciddi problemlərin olduğunu bildirən xanım ailə sirri olduğu üçün əsas səbəbi açıqlamayıb.

"İlk nədə ki, son cütlüyük boşanan. O mənim uşağımın atasıdır, bu, həyatdır, hər kəsin başına bir iş gələ bilər. Bu, yaxşı xəbər deyil ki, mən bunu hər kəsə açıqlayım, bu barədə çox danışmaq istəmirəm".

Qeyd edək ki, Rizvan Samirənin ikinci həyat yoldaşıdır. Samirənin ilk evliliyindən bir qızı və Rizvandan bir oğlu var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31