Tanınmış musiqiçi soyqırım qurbanlarını belə andı

Xocalı soyqrımının qurbanlarına kompazisiya həsr olunub. Tarzən və müğənni Humay Qədimova çoxdan düşündüyü bir layihəni ötən gün həyata keçirib. Səs yazma  studiyasına yollanan sənətçi bütün gününü həmin ifaya həsr edib. "Bu kompazisiyanı Xocalı qurbanlarının timsalında bütün şəhidlərimizə ithaf edirəm. Çoxdan bu layihə haqda düşünürdüm. İldönüm günü studiyaya yollanıb axşama kimi hazır etdim. Xocalı qurbanları ildə bir dəfə deyil, hər gün bizim yaddaşımızda, ağlımızdadır. Həmin gün insan daha kədərli olur. Həmin kadrları gözümün önündə canlandırıb, kompazisiyanı lentə yazdırdım. Bir musiqiçi olaraq, bunu özümə borc bildim və istədim ki, mətbuat vasitəsi ilə bunu ictimaiyyətə də eşitdirim".

Qeyd edək ki, kədərli kompazisiyanı tarzən udda lentə alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31