Faiq Ağayev: “Qanınız yerdə qalmayacaq!”
26 Fevral 2014 16:38 MədəniyyətXalq artisti Faiq Ağayev Xocalı Soyqırımı qurbanlarının yad edilməsinin 22-ci ildönümündə "Ana harayı" abidəsini ziyarət edib. Xalq artisti abidə önünə qərənfil dəstələri qoyub. F.Ağayev bu barədə təəssüratlarını "Facebook"-dakı səhifəsində oxucularla bölüşüb. Xalq artisti qeyd edir ki, Xocalı qurbanlarının qanı yerdə qalmayacaq. O, Xocalı Soyqırımını Azərbaycan tarixinin müdhiş, qanlı, zülmət gecəsi, milli yaddaşımızın sağalmayan yarası adlandırıb: "Ürəyim dözmədi. Gecə ilə Soyqırım qurbanlarımızın xatirəsinə ucaldılmış abidə qarşısına gəldim. Qanınız yerdə qalmayacaq! Unutmamışıq, unutmuruq, unutmayacağıq". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31