Ancelina Colinin həyatının ən ağır işi
26 Fevral 2014 19:14 MədəniyyətMəşhur aktrisa Ancelina Coli rejissoru olduğu "Unbroken" filminin həyatının ən ağır işi olduğunu deyib. Məşhur amerikalı idmançı Luis Zamperininin dramatik həyatından bəhs edən film üçün həddən ziyadə maneələr dəf etmək məcburiyyətində qaldığını deyən A.Coli NBC telekanalında Tom Brokaunun şousunda deyib: "Əsas məsələ filmdə Luis kimi möhtəşəm insanı dürüst təqdim etməkdi. Çünki onu çox sevirəm. Çünki o, mənə çox yardım edib. Həyatınızda bəzən çox məqamlar ümidsiz görünə bilər. Bədbinliyə qapıla bilərsiniz. Amma əslində ruhumuz fövqəladə dərəcədə güclü, dayanıqlıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31